Yol polisi taksi sürücüsünü belə qəzaya saldı –Bakıda – ŞOK VİDEO

Sosial şəbəkələrdə maraqlı video yayılıb. Avtosfer.az-ın məlumatına görə, videoda Yol Patrul Xidməti avtomobilinin taksiyə qəza şəraiti yaratdığı əksini tapıb. Olay Bakı-Sumqayıt yolunda – "Şamaxinka"dakı körpünün çıxışında baş verib. Videonu çəkən şəxs bildirir ki, 99 YP 473 dövlət nömrə nişanlı DYP avtomobilindəki yol polisi əməkdaşı taksi sürücüsü ilə mübahisə edib. Sonra isə yolda taksi sürücüsünə təhlükəli anlar yaşadıb. Videodan da göründüyü kimi, DYP avtomobili taksini yolun kənarına sıxır, onun qarşısına keçərək təhlükəli manevrlər edir və normal hərəkət etməsinə imkan vermir. DYP əməkdaşının hərəkətlərindən bezən taksi sürücüsü sağ zolağa – Biləcəri istiqamətinə çıxıb və orada qəzaya düşüb. Bunun ardınca DYP avtomobili də qayda pozmaqla həmin yola çıxaraq hərəkət edib.
Başqa məlumatlara görə isə taksi sürücüsü yol polisinə tabe olmadığı üçün DYP əməkdaşı onu durdurmağa çalışarkən belə vəziyyət yaranıb.
Elmin
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










