Yol polisi uşağı xidməti maşınla vurub öldürdü - VİDEO
Gündəm 14 Aprel 2021 22:52 Oxunub 260
Yol polisi uşağı xidməti maşınla vurub öldürdü - VİDEO

Ağsuda dövlət yol polisinə məxsus avtomobil azyaşlını vurub. Xəsarət alan uşaq xəstəxanada ölüb. Sumqayıtda isə avtomobil qadını vurub öldürüb.

Ağsuda  piyadanın ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. hadisə ötən axşam saatlarında rayonun mərkəzi  prospektində qeydə alınıb.

Həmin yolda  Dövlət Yol Polisinə  məxsus avtombillə hərəkətdə olan polis əməkdaşı, Ağsu rayon sakini Cavid  Kərimov qəfildən onun qarşısına çıxan rayon sakini, 2011-ci il təvəllüdlü Nəzrin  Məhərrəmlini vurub.Yaralı dərhal Ağsu rayon Mərkəzi xəstəxanasına çatdırılıb.Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.

Sumqayıtda da  piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Şəhəri 42-ci məhəllə ərazisində, koroğlu prospektində avtomaşın yolu keçən abşeron rayon sakini 36 yaşlı flora məmmədovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. sürücü məsuliyyətə cəlb olunub. hər iki faktla bağlı   araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh