Yol polisi və AYNA Bakı-Sumqayıt yolunda reydlərə başlayır - DİQQƏT

Bu gündən etibarən Bakı-Sumqayıt şəhərlərarası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Nazirlər Kabineti aidiyyatı qurumlara göstəriş verib. Sabahdan etibarən Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə reydlərə başlayacaq. Reydlərin əsas məqsədi qanunsuz sərnişindaşıma ilə mübarizə aparmaq, sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün çıxış yollarını üzə çıxarmaqdır.
Hazırda bu sahədə ciddi problemlər var. Bakı-Sumqayıt marşrutu üzrə cəmi 4 avtobus fəaliyyət göstərir. Nəticədə sərnişinlərin vaxtında mənzil başına çatdırılması mümkün olmur. Belə olduqda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar xəttə çıxır. Eyni zamanda, manatlıq taksilər də Bakı-Sumqayıt yolunda xaotik vəziyyət yaradır.
Hökümət məsələnin həlli ilə bağlı aidiyyatı qurumlara göstəriş verib. Beləliklə, bu gündən etibarən mütəmadi reydlər keçiriləcək.
Nərminə Əli
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...










