Yol polisi yağışın yollardakı fəsadlarından danışdı

Bakıda yağan intensiv yağışlar Bakının inzibati ərazisindəki küçə və prospektlərdə avtomobillərin hərəkətini keçilməz edib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülür: "Yağışın intensiv yağması səbəbindən paytaxtın xeyli ərazilərində su gölməçələri yaranıb. Sürücülərə müraciət edirik ki, belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşmış peşəkar sürücülərin hərəkətinə şərait yaradılmalıdır. Şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunsun və əsasən ictimai nəqliyyata üstünlük verilsin. Belə havada avtomobilin yüksək sürətlə idarə olunması ətrafda hərəkət edən piyadaların üst-başını çirkləndirməyə səbəb olan hallar yaradır və bu da inzibati xəta hesab edilir. Sürücülər maksimum diqqətli olmalı, avtomobili minumum sürət həddi ilə idarə etrməli, normadan artıq ara məsafəsi saxlamalıdırlar. Avtomobilin hərəkətə gətirilməsi və dayandırılması avtomobillərin mexaniki və avtomatik sürətlər qutusunun hesabına yerinə yetirilməlidir".
V.Əsədov bildirib ki, sürücülər avtomobildə mövsümi təkərlərdən istifadə etməlidirlər: "Diqqət yayınmamalıdır, qaranlıq ərazilərdə avtomobillərin işıqlarından düzgün istifadə olunmalıdır. Bu havalarda piyadalar qaranlıqda hərəkət edərkən tünd geyimlərinin üzərinə işıqqaytarıcı əlavə etməli, yaxınlaşmaqda olan avtomobillərin qarşısından qaçaraq keçməməlidirlər".
Bölmə rəisi bildirib ki, hazırda yollarda hərəkət normaldır, piyada zolaqları ilə avtomobil yollarının kəsişməsində nisbətən sıxlıq yaranıb: "Bununla əlaqədar paytaxt ərazisindəki enişli-yoxuşlu yollar, sərt döngələr və piyada keçidləri yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb. Polislər xüsusi yağış geyimləri ilə yollarda xidmət aparır, keçmə növbəliliyini təmin edirlər. Bu saatlara qədər paytaxtın bir neçə istiqamətində su gölməçələrinin yaranması səbəbindən bir-neçə avtomobil həmin gölməçələrə düşərək sönüb, bu da digər avtomobillərin hərəkətinə maneələr yaradıb".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












