Yol polisi yağmurlu hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Yağmurlu hava şəraiti ilə bağlı bu gün Bakı şəhəri ərazisində üç yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, yağmurlu hava şəraiti ilə bağlı olaraq paytaxtın bir çox şose yollarında, prospekt və küçələrdə sürət həddi aşağı salınıb: “Məsələn, Aeroport yolunun 120 km/saat olan hissəsində sürət həddi 100 km/saat müəyyən edilib”.
O bildirib ki, hava şəraitindən asılı olmayaraq yalnız texniki cəhətdən saz olan avtomobillər istismara buraxılmalıdır: “Çiskin və yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirilməlidir. Əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır. Digər tərəfdən, sürət həddi normadan aşağı salınmalıdır, ara məsafəsi daha çox saxlanılmalıdır, ümumiyyətlə çiskin və yağmurlu hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünkü əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürşmə ehtimalını artırır”.
Bölmə rəisinin sözlərinə görə, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar: “Bu da səki və ya yolun kənarı ilə hərəkət edən piyadaların islanması ilə nəticələnir. Buna görə də, sürücülər həmin gölməçələrin üzərindən keçərkən avtomobili minimum sürətlə idarə etməlidirlər”.
V.Əsədov vurğulayıb ki, adətən hava şəraitindən asılı olaraq yol qəzalarının sayı çoxalır: “Bu, belə hava şəraitində avtomobili idarə etməyə uyğunlaşmayan sürücülərin nisbətən çox olması ilə bağlıdır”.
O, həmçinin əlavə edib ki, Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən paytaxtın bütün prospekt və küçələrində xidmət gücləndirilib: “Bakı şəhərində bütün istiqamətlərdə avtomobillərin hərəkəti tənzimlənir, hazırda tıxac və sıxlıq müşahidə olunmur”.
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu










