Yol polisindən iş adamı ilə bağlı açıqlama - Masallı olayı

"Masallı rayonunda yol polisi əməkdaşı və tanınmış şou-biznes ulduzlarının iştirakı ilə qalmaqallı hadisənin baş verməsi barədə yayılan xəbər həqiqəti əks etdirmir". Bunu Avtosfer.az-a açıqlamasında Masallı rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı İkram Məmmədov deyib. Onun sözlərinə görə, rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin olduğu avtomobil yol polisi əməkdaşı tərəfindən saxlanılıb və məlum olub ki, sürücünün etibarnaməsi yoxdur. Avtomobil isə Aşıq Əlinin olub. Qısa müddətdə sənədlər qaydasında salındığı üçün ortada heç bir mübaşisə baş verməyib. Yazınlanların heç bir əsası yoxdur. Yol polisinin borcudur ki, sənədləri yoxlasın, sürücünün də borcudur ki, sənədləri qaydasında olsun. Çatışmazlıq olub, onu da aradan qaldırıblar və yollarına davam ediblər".
DYP rəisi bildirib ki, iş adamı Hacı Ramazan Zeynalovla yol polisi əməkdaşı arasında hər hansı mübahisə olmayıb. "Həmin şəxs barəsində və onun bizim əməkdaşı qarşı guya kobudluq etməsi barədə yazınlanlar doğru deyil. Hacı Mazan heç vaxt polisə qarşı kobudluq edən adam ola bilməz. Çünki onun da yaxınları arasında yol polisi sistemində işləyənlər var. Bizim ona qarşı böyük hörmətimiz var və o da hər zaman bizə qarşı hörmətlə yanaşır. Bu informasiyanı yayanlar yol polisinə qarşı qərəzlidirlər".
Elmin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












