Yol polisindən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, martın 18-dən etibarən ölkənin magistral yollarında hərəkətin intensivləşəcəyi gözlənilir: "Bütün sürücülər diqqətli olmalı, xüsusi ilə sürət həddinin yuxarı olduğu magistrallarda qaydalara ciddi riayət etməlidir. Həmçinin ölkədə hava şəraitinin tez-tez dəyişməsi, yağış yağmasını nəzərə alaraq sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını diqqət yetirməlidir. Çünki hava şəraiti hərəkət təhlükəsizliyinə bilavasitə təsir edir və sürücülər yola çıxarkən bu kimi halları nəzərə almalıdır".
K.Əliyev əlavə edib ki, martın 19-28-i günlərində yol polisi gücləndirilmiş iş rejimində işləyəcək və ölkənin bütün yollarında əlavə naryadlar da cəlb edilməklə xidmət təşkil ediləcək.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












