Yol polisindən sürücülərə xəbərdarlıq

Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib. İdarədən Avtosfer.az-a daxil olan müraciətdə bildirilir ki, paytaxtın Neftçilər prospekti Əziz Əliyev küçəsi kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq, qısa müddətdə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb. Bunu nəzərə alaraq, bu istiqamətə doğru – Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20 –ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən Xanlar, Mikayıl Hüseynov küçələri vasitəsilə Mehdi Hüseyn yaxud Parlament prospekti istiqaməti, eləcə də Yusif Səfərov, 28 may küçəsi kəsişməsindən Zərifə Əliyeva, Rəşid Behbudov küçələri kəsişməsindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dayandırılaraq, dəyişdirilib.
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətlərdə süni sıxlıq və tıxacların yaranmaması üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilsin, alternativ yollara üstünlük verilsin.
Elmin
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












