Yol polisindən sürücülərə xəbərdarlıq

Mayın 1-də “Bakı Marafonu 2016” ilə əlaqədar Marafonunun keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Bunu Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. O bildirib ki, “Bakı Marafonu 2016” iştirakçılarının yürüş boyu təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hərəkət tənzimlənməsi nəzərdə tutulub. V. Əsədov qeyd edib ki, “Bakı Marafonu 2016”-nın keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti qısa müddətə dəyişdiriləcək: “Marafon iştirakçılarından sonuncusu həmin ərazini keçdiksən sonra hərəkət tənzimlənəcək”.
Qeyd edək ki, mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












