Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Son günlər ölkədə hava şəraiti xeyli soyuq keçir. Lent.az-ın məlumatına görə, ölkənin bəzi yerlərində şaxta müşahidə edilir, Bakıda da havanın temperaturu 1-2 dərəcəyədək enib. Baş Dövlət Yol Polisi İdarəsi havaların şaxtalı keçməsi ilə bağlı sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, sürücülər qışa hazırlıq görməlidir və avtomobillərinin texniki sazlığını hərtərəfli yoxlamalıdırlar: “Xüsusi ilə dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qarlı-çiskinli keçməsi axşamlar yolların səthinin buz bağlaması ilə nəticələnir. Həmin ərazilərdən keçən sürücülər xüsusi ilə diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, qış şinləri ilə təmin olunmamış avtomobillərdən həmin ərazilərdə istifadə etməsinlər”.
K.Əliyev bildirib ki, hazırda hava şəraiti ilə bağlı hər hansı yolda narahatlıq yoxdur: “Şamaxı, İsmayıllı, Kürdəmir, Qusar zonalarında xırda qar yağır. Yollarda qar yoxdur və hərəkət normaldır. Balakən-Zaqatala istiqamətində bir qədər çiskin var. Ümumilikdə isə sürücülər axşam saatlarında yolun yaş hissəsinin buzlaşa biləcəyini nəzərə alaraq buna uyğun sürət həddi seçməlidirlər. Əsasən səhərlər sürücülər körpülərin üzərində problem yaşayırlar. Körpülər daha tez buzlaşdığından və daha gec burada buz əridiyindən sürücülər ehtiyatlı olmalıdırlar. Adətən körpünün üzərində yolun buz bağladığını görən sürücülər əyləci basırlar və bu zaman nəqliyyat vasitəsi idarəedilməz vəziyyətə gəlir. Çalışmaq lazımdır ki, yolun buz bağlamış hissəsində ümumiyyətlə əyləcdən istifadə edilməsin”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












