Yol polisindən Yeni il XƏBƏRDARLIĞI

“2017-ci ildə də təhlükəsizliyimizi təmin etmək üçün hər bir yol hərəkət iştirakçısını nizam-intizama dəvət edirik, diqqətli olsunlar, xüsusilə piyadalar onlar üçün ayrılmış ərazilərlə hərəkət etməyə üstünlük versinlər”.
Avtosfer.az xəbər verir ki, bunu trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov.
V.Əsədov bildirib ki, Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrində piyadaların avtomobillərlə vurulması halları çox ciddi narahatlıq doğurur:
“İl ərzində piyadaların vurulması təxminən 58 faiz təşkil edir. Ancaq istər ölkə üzrə, istərsə də Bakı şəhəri üzrə yol nəqliyyat hadisələrinin sayı azalır. Yəni, il ərzində ölkə üzrə 200-ə qədər yol qəza hadisəsinin azalması, 150-ə yaxın ölüm faktının azalması onu deməyə əsas verir ki, yol polisi tərəfindən görülən tədbirlər müsbət nəticələr əldə etməyə imkan verib. Ancaq yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı hələ də işlər görülməlidir”.
Onun sözlərinə görə, bunun üçün hər kəs nizam-intizamlı olmalı, “Yol hərəkəti haqqında” qanunun tələblərinə düzgün riayət etməlidir:
“Bununla hər kəs yol-hərəkət mədəniyyətini nümayiş etdirmiş olur ki, bu da yol qəza hadisələrinin sayının azalmasına müsbət təsir göstərir. Hər şeyi yol polisindən tələb edirik. Razıyam, tələbkarlıq yaxşıdır. Əgər tələbkarlıq varsa, münasibət müsbətə doğru dəyişib, eyni zamanda, şüur səviyyəsi dəyişib, insanların hüquqi bilikləri artıb. Ancaq hər kəs tələbləri yerinə yetirməlidir. Sürücülər dayanma, durmaya fikir versinlər, sürət həddinə əməl etsinlər və yol hərəkət nişanlarının tələblərinə riayət etsinlər. Piyadalar da onlar üçün ayrılmış ərazilərlə hərəkət etsinlər, yolun hərəkət hisəsinə çıxmasınlar. Tövsiyələrimiz budur”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












