Yol polisinə gedən yolu qazıblar - Hər an tıxac olur - FOTOLAR

Bakıda yeni təmir edilmiş yol dağıdılıb. Buna səbəb su və kanalizasiya sisteminin yenilənməsidir. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, 2015-ci ilin əvvəlində əsaslı şəkildə təmir edilən Badamdar şossesi və Mikayıl Müşfiq küçəsinin bir hissəsi bağlanıb. Hər iki yoldan istifadə edən sürücülər məcburi şəkildə yolun təmir getməyən hissəsindən istifadə edirlər. Bu isə günün istənilən saatlarında tıxacların yaranmasına səbəb olur. “Qurd qapısı” deyilən ərazidən başlayaraq hər iki yolda hazırda su və kanalizasiya sisteminin yenilənməsi işləri aparılır.
Görülən işlər “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Təmir işləri hökumətin və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində baş tutur. Bu işdə təəssüf və təccüb doğuran bir məsələ var. Yuxarıda da qeyd etdiyimiz kimi, adlarını çəkdiyimiz hər iki küçədə yol infrastrukturunun yenilənməsinin sadəcə bir ili tamam olub. Lakin indi həmin yol dağıdılaraq su və kanalizasiya sisteminin yenilənməsi işləri görülür.
Son illərin ən çox fərdi yaşayış evlərinin tikildiyi, inkişaf etdiyi qəsbələrindən olan Badamdarda su və kanalizasiya sisteminin yenilənməsi müsbət hal olsa da cəmi bir neçə ay əvvəl təmir olunmuş, külli miqdarda vəsait hesabına başa gələn işlərin üstündən xətt çəkilməsi başadüşülən deyil. Dövlət büdcəsindən ayrılan vəsaitlə hazır olan yeni yol, yenidən dövlət büdcəsindən maliyələşən başqa bir qurum tərəfindən dağıdılır. Bir sözlə, Bakı Şəhər İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” ASC dağıdır…
Onu da qeyd etmək lazımdır ki, bu cür anormal hal Azərbaycanda ilk dəfə deyil ki, müşahidə edilir. Dəfələrlə istər paytaxtda, istərsədə bölgələrdə bu cür hallara şahidlik etmişik. Bir məmur tikir, digəri isə dağıdır. Arada olan dövlət büdcəsindən ayrılan milyonlara olur…







ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu










