Yol polisinin cərimə meydançasında maşınları kim yandırıb? - AÇIQLAMA

Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler", "Mercedes", "Mitsubishi" və "Ford" markalı minik avtomobillərinin yanmasının səbəbi məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev anspress-ə açıqlamasında bildirib ki, yanğın heç də təsadüf nəticəsində baş verməyib: "Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişləyib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb".
Şöbə rəisi onu da əlavə edib ki, saxlanılan şəxsin məhkəməsi olacaq və bundan sonra yanan avtomobillərə dəyən zərərin kim tərəfindən ödəniləcəyi müəyyən ediləcək.
Onu da bildirək ki, əgər cərimə meydançasında saxlanılan avtomobillər ehtiyatsızlıq nəticəsində yanarsa və ya yararsız vəziyyət düşərsə, həmin zərər meydançanın təhlükəsizliyini təmin edən müəsisə tərəfindən ödənilir. Cinayəti törədən şəxsi Abşeron rayon Polis İdarəsinin əməkdaşları saxlasa da, onun adı hələlik açıqlanmır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












