Yol polisinin maşınını çəkiclə əzənin şikayəti təmin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil hadisənin baş vermə anının videogörüntüsünün məhkəmə tərəfindən araşdırılması ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib. Növbəti prosesdə videogörüntüyə baxış olacaq.
Proses yanvarın 23-də davam etdiriləcək. Qeyd edək ki, ötən il fevralın 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyənləşib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO










