Yol polisləri tərəfindən döyüldüyü deyilən sürücü danışdı - FOTO

Bakıda Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən döyüldüyü deyilən sürücü danışıb. Elşən Mirzəyev Avtosfer.az-ın "Report"a istinadən yaydığı məlumatla bağlı açıqlamasında bildirib ki, onun döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Məni döyməyiblər. Adımdan yayılan məlumat doğru deyil. Mən heç kimə açıqlama verməmişəm. Maşınımın cəriməsi var idi. Yol polisləri gecə yarısı məni saxladılar. Atam təzəlikcə rəhmətə getdiyi üçün biraz əsəbi, qəzəbli idim. Arada anlaşılmazlıq oldu. Polis bölməsinə apardılar. İzahat verəndən sonra buraxdılar. Hazırda Lənkəranda - atamın yas mərasimindəyəm".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da Avtosfer.az-a bildirdi ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Sürücü ilə söhbət etdim. Bildirdi ki, heç kimə şikayət etməyib. Bu cür məlumatlar yayarkən dəqiqləşdirmək lazımdır".
Qeyd edək ki, "Report"un yaydığı məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, "Südçülük sovxoz"u adlandırılan ərazidə baş verib. Belə ki, Bakı-Masallı istiqamətində hərəkət edən 99 DC 866 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobus yol polisinin "Saxla" əmrinə tabe olaraq hərəkətini dayandırıb. Mikroavtobusun sürücüsü 1985-ci il təvəllüdlü Mirzəyev Elşən Şirinbəy oğlunun dediyinə görə, o, sənədləri yol polisinə təqdim edib. Məlum olub ki, mikroavtobusun sürücüsü üç ay əvvəl 200 manat məbləğində cərimə edilib. Buna görə maşının üzərinə həbs qoyulub. Polis əməkdaşları mikroavtobusu "Cərimə meydançası"na aparmaq istəyib. Buna etiraz edən sürücü E.Mirzəyev ilə Xəzər Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus 99 YP 240 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) xidməti avtomobilində əyləşən polis əməkdaşları arasında mübahisə yaranıb, sonra isə dava düşüb. Nəticədə sürücü E.Mirzəyev döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. E.Mirzəyevə məxsus mikroavtobus isə cərimə meydançasına aparılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsində (PB) araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












