Yol polislərini qətlə yetirmiş şəxslər məhv edildi - VİDEO

Həştərxanda aprelin 4-də polis əməkdaşlarına qarşı törədilmiş hücum faktı üzrə axtarışa verilənlərin hamısı öldürülüb. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks"-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İrina Volk məlumat verib. "Rusiya polisi Milli Qvardiya Qoşunları Federal Xidməti və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birgə Həştərxanda polislərə hücum faktı üzrə axtarışa verilmiş dörd şəxsi zərərsizləşdirib", - deyə İ.Volk söyləyib. O bildirib ki, şübhəlilərdən biri gecə saatlarında məhv edilib, bir yaralı isə qaça bilib. Həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində yaralanmış şəxs və axtarışda olan daha iki nəfər tapılaraq zərərsizləşdirilib. Xatırladaq ki, aprelin 4-də Həştərxanda iki nəfərlik yol-patrul xidməti əməkdaşlarına silahlı hücum törədilib. Silahlı şəxslər polis əməkdaşlarına bir neçə atəş açıblar və polislərin xidməti silahlarını ələ keçirərək qaçıblar. Bir neçə güllə yarası almış polislər hadisə yerində keçiniblər.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












