“Yol qəzalarına YOX deyək!”

DİN Baş Dövlət Yol Polisi İdarəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş “Yol qəzalarına YOX deyək!” devizi altında birgə aksiya keçirib. Aksiya Neftçilər prospektində baş tutub. Aksiyada Mərkəzin 20 dərnək üzvü iştirak edib. Xüsusi formalar geymiş uşaqlar mövzuya uyğun təəssüratlarını bildirib və hərəkət iştirakçılarını yolda diqqətli olmağa çağıran müraciət səsləndiriblər.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyyə ediblər və hamını qanunlara riayət etməyə çağırıblar.
BMT tərəfindən qəbul edilmiş Ümudünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü respublikamızda 7 ildir ki, qeyd edilir. Tədbirin keçirilməsində məqsəd yol qəzalarında həlak olanların xatirəsini yad etmək, həlak olanların ailələrinə mənəvi dəstək olmaq, minlərlə uşağın həyatına son qoyan səssiz bəlanın ciddiliyini ictimaiyyətə çatdırmaqdır.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













