Yol qəzalarında yanğın-xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisəsi zamanı yanğın-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, təlimə FHN-in Muğan Regional Mərkəzi və Salyan rayon Yanğından Mühafizə Hissəsinin, TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin hadisə zamanı aidiyyəti qurumların effektiv və əlaqəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı yanğınsöndürənlər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” operativ söndürülüb, “zərərçəkmişlər” deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən xilasedicilər tərəfindən təxliyə edildikdən sonra onlara “ilk tibbi yardım göstərilib”.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


















