Yol qəzalarının 42,8 faizini piyadaların vurulması təşkil edib

Bu ilin birinci yarısında respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,1 faizi (354 hadisə, 113 ölüm, 389 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4 faizi (212 hadisə, 88 ölüm, 184 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,2 faizi (120 hadisə, 26 ölüm, 155 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3 faizi (21 hadisə, 8 ölüm, 25 yaralı) isə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildiriblər ki, yol-nəqliyyat hadisələrinin 42,8 faizini (388) piyadaların vurulması təşkil edib. Nəticədə 130 piyada həlak olub, 290 nəfər yaralanıb. Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində isə 19 hadisə baş verib.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 uşaq və yeniyetmə ölüb, 80 nəfər xəsarət alıb. Ötən illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, yaralananların sayı isə 19 nəfər azalıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












