Yola salınan ikinci konteyner qatarı Bakıya çatıb - FOTO

Ukraynanın İliçevsk dəniz limanından fevralın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) yola düşən 32 vaqondan ibarət ikinci qatar artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Avtosfer.az "report"a istinadən xəbər verir ki, qatar limana bu gün saat 10:00-da çatıb.
Qatarın tərkibindəki vaqonlardan 1-i təyinatı üzrə Qazaxıstanın Aktau limanına, 31-i isə Türkmənistanın Türkmənbaşı limanına yola salınacaq. Vaqonların yükü ərzaq məhsulları və dəmir məmulatlardan ibarətdir.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, yola salınan ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvarda həyata keçirilib və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakıya çatıb.
Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib, yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələri müəyyən edilib, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilib.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?















