Yola salınan yüklər Potiyə çatıb

İpək yolu ilə ukraynadan gələn ilk yüklərin ölkəmizə çatmasına az qalıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, yanvarın 15-də bu xətt üzrə Ukraynanın İliçevsk limanınadan yola salınan ilk yüklər artıq Gürcüstana çatıb və yaxın 1 neçə saat ərzində dəmir yolu ilə Azərbaycan sərhədini keçəcək. Bu barədə Ukraynanın infrastruktur naziri Andrey Pivovarski hökumətin iclasında bu barədə baş nazir Arseniy Yasenyuka hesabat verib. Nazir deyib ki, hazırda yüklər Potiyə çatıb və burdan Azərbaycana yola düşəcək. Ayın sonunda isə bütün lazımi logistika işləri görüləcək və eyni marşrut üzrə geri daşımalar başlayacaq. Artıq bu xətt üzrə yüklərini daşımaq istəyən şirkətlərdən sifarişlər də alınıb. Bu arada Ukrayna Rusiya mallarının idxalını dayandırdıqdan sonra Rusiya üzərindən bütün yükdaşımalarını da alternativ yollara keçirib. Bu sırada Transxəzər marşrutunun əhəmiyyəti daha da artıb. “Çinə gedən bütün yüklər burdan keçəcək. Bizim Çinlə əlaqələrimiz genişlənir, eyni zamanda bizim ölkəmizdə investisiyalar qoyulur, istehsal artır. Biz Çinə ötən il 25 milyon ton yük göndəmişik. İndi bu yüklər Azərbaycan, Qazaxıstan və Gürcüstandan keçəcək.” – deyə Ukrayna İnfrastruktur nazirinin müavini Vladimir Omelyan bildirib.
Xatırladaq ki, Qədim İpək yolu xətti ilə ilk sınaq yükləri yanvarın 15-də Ukraynanın İliçevsk limanından yola salınmışdı. 9-11 günə yükük Çin-Qazaxıstan sərhədinə çatması planlaşdırılır.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










