Yolda torpaq sürüşməsi aktivləşdi: maşınların gediş-gəlişi çətinləşib - Astarada

Astara rayonunun 21 yaşayış məntəqəsinin 12 min əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşəkəş, Ağkörpü kəndilərindən keçən hissəsində qeydə alınıb. Hazırda Ağ körpü kəndi ərazisində 49 nömrəli Yol İstismar idarəsinin ağır texnikaları və canlı qüvvəsi çalışır. İdarənin mühəndisi Tərlan Ağamalıyev bildirib ki, həmən əraziyə qum, çınqıl tökülüb, avtomaşınların hərəkəti qismən təmin olunub. Yolda işlər sabah tam yekunlaşacaq. Hazırda avtomobil yolunun rayonun Baxışoba kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb. Belə ki, burada eni 3 metr olan yol 10 metrədək dərəyə doğru sürüşüb. Sürüşmə zolağı 40 metrlik məsafəni əhatə edib. Qeyd edək ki, tikintisinə 6,7 milyon manat vəsait sərf olunmuş Deqədi-Pəlikəş avtomobil yolu iki ildir ki, istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar qeydə alınıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












