Yoldan keçən həkim küçədə bıçaqlanan kişini ölümdən xilas edib - Bakıda

Bakının Səbail rayonunda orta yaşlı kişi bıçaqlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsindəki bazarın yaxınlığında qeydə alınıb. 1983-cü il təvəllüdlü Kərimov Emin İlqar oğlunun mobil telefonuna tanışı tərəfindən zəng daxil olub və o, Emindən bayıra çıxmasını istəyib. Zəng əsasında bayıra çıxan E.Kərimova hazırda məlum olmayan səbəblərdən iki bıçaq zərbəsi vurulub. Zərbə E.Kərimovun ayağındakı damara düşüb. O, çoxlu qan itirməyə başlayıb. Lakin bu zaman ərazidən keçən Bakıdakı özəl klinikalardan birinin İran əsilli həkimi ona ilkin tibbi yardım göstərərək "təcili yardım" vasitəsilə xəstəxanaya aparıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməkdaşları araşdırmaya başlayıb.
İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












