Yoldan keçənlərə bıçaqla hücum etdi

Ukraynanın Xarkov şəhərinin mərkəzində bir qızın əlindən mobil telefonunu alan, daha sonra isə əlində bıçaqla onu tutmaq istəyənlərə hücum edən Azərbaycan vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü Ukrayna Milli Polisinin vilayət üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Polisin bildirdiyinə görə, o, 25 yaşlı qızın əlindən telefonunu alıb. Mobil qurğunun qiyməti 1000 dollardan çox olub.
"Kişi zərərçəkəni izləməyə başlayıb, yaxınlıqda adamların olmadığını gördükdə isə, telefonu alaraq qaçmağa başlayıb", - deyə mətbuat xidmətindən qeyd olunub.
Hadisənin şahidi iki nəfər canini yaxalayıb, lakin o, cibindən bıçaq çıxardaraq onlara hücum edib. Belə olduqda həmin şəxslər polis çağırmaq qərarına gəliblər.
Hazırda Azərbaycan vətəndaşı saxlanılıb. Ona qarşı "Quldurluq" maddəsi ilə cinayət işi başlanıb. Bu maddəyə görə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












