Yollar buz bağladı: nəqliyyatın hərəkəti çətinləşib - VİDEO

Ötən gün günorta saatlarından etibarən Şamaxıya yağan qar bir sıra çətinliklər yaradıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, süsusən də dağ kəndlərinə gedən yollar buz bağlayıb. Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeybəri kəndlərinə gedən yolda avtomobillərin hərəkətində məhduddiyyətlər yaranıb. Bəzi sürücülər avtomobilləri yol kənarında saxlamalı olublar. Bakı-Şamaxı- Yevlax, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu magistralları səhər saatlarında buz bağlayıb. Əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə yollar təmizlənib, qum-duz qarışığı səpilib. Hazırda sözügedən yollarda avtomobillər rahat şəkildə hərəkət edir. Bununla belə, gecə saatlarında şaxtalı hava səbəbindən yolların yenidən buz bağlayacağı istisna edilmir.












İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












