Yollar buz bağlayıb - VİDEO

Şamaxıya yağan qar bir sıra fəsadlara yol açıb. Rayondaxili bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşib. Hətta rayon mərkəzi ilə bir neçə kəndin əlaqəsi kəsilib.
Avtosfer.az xezerxeber.com-a istinadən bildirir ki, bəzi avtomobillər yolda qalıb, bəziləri isə yarı yoldan geri qayıtmalı olub. Qarın qalınlığı bəzi ərazilərdə 20-25 santimetrə çatıb.Yolların buz bağlaması səbəbindən avtomobillərin hərəkəti xeyli çətinləşib. Pirbəhli, Qızmeydan, Dəmirçilər və Zarat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
3 gündür ki, bölgəyə yağan qar və şaxtalı hava avtomobil yollarında çətinliyə səbəb olub. Şamaxının dağlıq kəndlərinə gedən yollar buz bağlayıb. Bəzi sürücülər Pirquluya getməkdən imtina edərək Məlhəm kəndindən geri dönmək məcburiyyətində qalib.
Bakı-Şamaxı-Yevlax magistralı isə qardan təmizlənib və yolda hərəkət normaldır.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












