Yollar sürüşkəndir – DYP xəbərdarlıq edir: «Ehtiyatlı olun!»

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı-şaxtalı günlərdə sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir. BDYPİ bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev azərtac-a bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır. Texniki cəhətdən nasaz olan, mövsümi qış şinləri ilə təchiz olunmamış avtomobillərin sahiblərindən, eləcədə qarlı-buzlu havalarda nəqliyyat vasitəsini idarəetmə təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Yolu və meteoroloji şəraiti nəzərə alaraq düzgün hərəkət surəti seçsinlər.
K.Əliyev deyib ki, hazırda magistral yollarda qar olsa da, nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. Respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır. «Hazırda Bakı-Quba yolunun 150-ci kilometrindən 178-ci kilometrinədək yolun asfalt örtüyü buz bağlayıb, qar yağır. Amma qarın təmizlənməsi üçün əraziyə cəlb edilən xüsusi texniki vasitələr orada işləyir. Buna baxmayaraq, nəqliyyatın hərəkəti davam edir. Hazırda Bakı-Qazax yolunda, Qazax rayonu ərazisində güclü qar yağır. Orada da texnikanın işləməsinə baxmayaraq, qar yerə çox və tez-tez oturur. Lakin hərəkət var. Amma istənilən halda həmin ərazidə də nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsi, hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur”.
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək










