Banner

Yollara milyonlarla ziyan vuran sürücülər polislərə belə hədə-qorxu gəlirlər - VİDEO

Gündəm 6 Sentyabr 2023 13:00 Oxunub 3274
Yollara milyonlarla ziyan vuran sürücülər polislərə belə hədə-qorxu gəlirlər   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil yollarında normadan artıq yük daşıyan nəqliyyat vasitələri yolları yararsız vəziyyətə salırlar. Bakı-Qazax yolunun Kürdəmir rayonuna qədər olan hissəsinin sağ zolağı artıq yararsız hala düşməkdədir. Normadan artıq yük daşıyan “Kamaz”, “Tır”, “Shacman” sürücüləri yollara milyonlarla ziyan vururlar. 15-20 ton yük tutumu olan nəqliyyat vasitəsinə  30-40 ton yük vururlar.  YPX postlarında saxlanılan zaman isə polis əməkdaşlarına “mən ailə saxlayıram, mən qaziyəm, mən müharibə iştirakçısıyam” deyərək özlərinə haqq qazandırırlar. Hətta bəzən polisə hədə-qorxu gələrək “özümü yandıracam, özümü öldürəcəm” deyərək vəziyyətdən çıxmağa çalışırlar. Müharibə iştirakçısı, qazi və ya şəhid  ailəsi olmaq qanunsuzluq etməyə, yolu dağıtmağa, səlahiyyətli şəxsləri şantaj etməyə əsas vermir. Müharibədə iştirak edənlər və şəhid olanlar ölkənin bütövlüyü və inkişafı üçün çalışıblarsa, indi o addan sui-istifadə edərək özbaşınalıq etmək birbaşa ölkəyə qarşı çıxmaq sayılır.

Yük avtomobili sürücülərindən biri bu məsələ ilə bağlı qeydə aldığı videonu sosial şəbəkədə yayıb. Həmin videonu təqdim edirik:

 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh