Bərbad yollarda avtomobillərə dəyən ziyanı kim ödəməlidir? - AÇIQLAMA

Yollarda açıq kanalizasiya quyuları sürücülər üçün ciddi təhlükə hesab edilir. Kanalizasiya quyusunun qapağının olmaması həm həyati baxımdan təhlükəlidir, həm də avtomobilə böyük maddi zərər vurur. Bakıda, təəssüf ki, xüsusilə də yağışlı günlərdə belə hallara daha çox rast gəlinir. Bəs yollarda açıq kanalizasiya quyusu, yol çökəkliyi və s. səbəbindən sürücülər qəza edərsə, məsuliyyət kimin üzərinə düşür?
Sürücülər dəymiş maddi zərəri kimdən tələb edə bilərlər?
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bu halda vətəndaşın yol təsərrüfatına cavabdeh qurumları məhkəməyə vermək hüququ yaranır:
“Bunun üçün ilk olaraq yol polisinə məlumat vermək lazımdır ki, hadisə barədə xəbərdar olsunlar. Yol polisi hadisəni sənədləşdirir. Vətəndaşın əlində artıq hüquqi sənəd yaranır, bu sənəd əsasında həmin əraziyə nəzarət edən yol təsərrüfatı qurumunu müəyyənləşdirir. Müəyyənləşəndən sonra ərazi üzrə məhkəmədə iddia qaldırılır. Hansısa servisdə də dəymiş zərər müəyyənləşir, akt tərtib olunur və vətəndaş iddia qaldıraraq həmin zərəri tələb edə bilər”.
Ekspert qeyd edib ki, sürücünün kasko sığortası varsa, dəymiş zərəri sığortadan da ala bilər, amma belə hallarda sığorta şirkətləri özləri də maraqlı olmalıdırlar: “Aidiyyatı qurumların üzərlərinə gedib, məsələ qaldırıb və bildirməlidirlər ki, sizin səhvlərinizə görə qəzalar baş verir, sürücülərə ziyan dəyir və biz sizə görə milyonlarla vəsait pul ödəyirik. Bu, dövlətin puludur. Sizə də pul ayrılıb ki, yol çəkin, ancaq elə edin ki, sonra belə problemlər meydana çıxmasın. Bu halda bəlkə nəticə olar. İndi təəssüf ki, yollarımızın çoxunda bu problemlər qalmaqdadır”.
Hüquqşünas Aysel Süleymanova bildirib ki, açıq kanalizasiya quyusunun qarşısında nişan olmalıdır: “Yollarda lyuk açıq olmamalıdır. Açıq olduğu müddətdə isə qarşısında təhlükəsizlik üçün xəbərdarlıq nişanları olmalıdır. Nişanlar yoxdursa və sürücü buna görə qəza törədirsə, yaxud avtomobilə buna görə ziyan dəyirsə, təbii ki, sürücü Dövlət Su Ehtiyatları Agentliyindən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən və ya qəzanın olduğu rayonun su kanal idarəsindən təzminat tələb edə bilər. Bununla yanaşı sürücünün özü də diqqətli olmalıdır. Nişan yoxdursa, bu o demək deyil ki, açıq kanalizasiya quyusunun üzərindən keçsin. Xəbərdarlıq nişanının olmaması adı çəkilən qurumların məsuliyyətidir. Ancaq sürücünün də məsuliyyətini unutmayaq”./pravda.az
Bu şəxslər məsuliyyətə cəlb oluna bilər – 400 manat ...
Elektromobillərin batareya dillemması... - 7 milyon tonluq saatlı bomba
Bu ərazilərə yalnız avtobusların giriş-çıxışına icazə veriləcək - Tıxac probleminin qarşısı ...
Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür – VİDEO
Təcrübəli mexanik heç bir pul qarşılığında almayacağı üç avtomobili açıqladı
Avtomobildə siqaret çəkənlərin DİQQƏTİNƏ! - İnzibati məsuliyyət yarana bilər
Qışda Çin istehsalı olan avtomobillərdə nələrə diqqət yetirilməlidir? - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 1000 metrədək
Metroda yeni gediş haqqı – NECƏ ÖDƏNƏCƏK?
Xaricdən avtomobil alanların buraxdığı əsas səhvlər - Ən çox harada yanılırıq? - ARAŞDIRMA
"BakıKart" ləğv olunur? - AÇIQLAMA











