Yollarda "kontrabas pulu" - Bəs onları kim ödəyəcək?

Respublika yollarında baş verən qəzalar zamanı yol təsərrüfatına dəyən ziyanın yalnız təxminən yarısı ödənilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-dən milli.az-a bildiriblər ki, görülən tədbirlərə baxmayaraq, 2016-cı il ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 653 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 911,1 p.m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p.m səsboğucu qurğu, 133 metr dəmir-beton sədlər, 60 p.m körpü məhəccəri, 43 p.m istinad divarı və 37 ədəd yol nişanı yararsız hala düşüb. Ümümilikdə yol təsərrüfatına 780,0 min manat məbləğində maddi ziyan dəyib, bundan 416,8 min manat (53,4 %) ödənilib. Dəyən ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 443 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 61 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 143 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlanıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












