Yollarda tıxac yarandı - DYP sürücü və piyadalara müraciət etdi

Bakı şəhər DYP sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Avtosfer.az-a bu barədə DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Bildirib ki, Bakı şəhəri ərazisində yagan güclü qar bəzi yollarda sürüşkən vəziyyət yaradib bu da avtomobillərin hərəkətində tıxacların yaranmasına səbəb olub: "Sürücülərin diqqətinə çatdırırıq ki, sürüşmə ehtimalı yarandığı ücün şəxsi avtomobillərdən az istifadə etsinlər. Hazırda paytaxtın Yasamal, Səbayel, eyni zamanda Nəsimi rayonunun bəzi hündür ərazilərində yollar sürüşkən olduğu üçün sıxlıq yaranıb.
20 yanvar, 3-cü mikrorayon dairələrində və enişli-yoxuşlu yollarda, sərt döngələrdə vəziyyət daha acınacaqlıdır.
Bəzi intizamsız sürücülərin hərəkətləri nəticəsində də yollarda sıxlıq müşahidə olunur.
Hazırda DYP gücləndirilmiş iş rejimində hərəkəti tənzimləməklə sıxlığı aradan qaldırmağa çalışır".
Ona görə də yol polisi sürücülərə avtomobildən yalnız son zərurət yarandıqda istifadə etməyi tövsiyə edir və belə hava şəraitində sürət rejiminin nəzərə alınmasının zəruriliyini diqqətə çatdırır.
Yol polisi piyadaların da diqqətinə çatdırır ki, nizamlanmayan kecidlərdən istifadə edərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmasınlar. Çünki normal hava şəraitinə nisbətən qarlı havada avtomobillərin tormoz məsafəsi bir neçə dəfə artır.
Elməddin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












