Yollardan biri bağlandı, polislər yaralandı - Minlərlə insan Trampa etiraz edir

ABŞ-da minlərlə nümayişçi Donal Trampın prezident seçilməsinə etiraz olaraq küçələrə çıxıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, etirazlardan biri Los-Ancelosda qeydə alınıb. Nümayişçilər Hollivuda gedən əsas magistrallar yollardan birini bağlayıblar. Dinc şəkildə keçən nümayişdə polis bir neçə nəfəri saxlayıb.
Kaliforniya ştatının Oklend şəhərində isə Trampa etiraz edənlərlə polis arasında qarşıdurma yaşanıb, nəticədə bir neçə polis yaralanıb. Yaralı polislər xəstəxanaya çatdırılıblar. Etiraz aksiyasında təxminən 7 min insan iştirak edib. Daha əvvəl isə analoji aksiyalar Nyu-York, Çikaqo, Vaşinqton, Filadelfiya, Boston, Sietl, Portlenddə baş verib. Xatırladaq ki, Donald Tramp seçkilərdə lazım olan 270 səsdən 290-nı toplayaraq prezident seçilib. Yeni seçilmiş prezident vəzifəsinin icrasına yanvarın 20-dən başlayacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












