Yolların bağlanması tıxaca səbəb oldu - Bakıda

Bu gün Bakının əksər mərkəzi küçələrində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, buna səbəb paytaxtın bəzi küçələrinin ötən gündən təmirə bağlanmasıdır. Son nəticədə yollarda nəqliyyatın hərəkəti ilfic olub. Belə ki, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti ötən gün gecədən tam olaraq məhdudlaşdırılıb. Təmir işləri bitənədək bu məhdudiyyət tətbiq ediləcək. Eyni zamanda Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək. Sürücülərin alternativ olaraq Babək prospekti - Fəzail Bayramov küçəsi - Xocalı prospekti - Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə etmələri tövsiyə edilib. Bununla əlaqədar Bakıda Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhərin mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib. Bundan başqa, ötən gün saat 22:00-dan səhər saatlarına qədər paytaxtın Nəsimi rayonunda, Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlər aparılıb. Bu səbəbdən sözügedən küçələrin bəzi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq, bəzi ərazilərdə isə rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












