Yolların tikintisindəki norma və qaydalarla bağlı rəsmi AÇIQLAMA

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Bu barədə Avtosfer.az-a ASC-dən məlumat verilib. Avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması Cəmiyyətin "Azəryolelmitədqiqatlayihə" İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır. Təcrübə-Sınaq Mərkəzinin Səyyar laboratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirir. Səyyar laboratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümunələr götürülür, sınaqdan keçirilir və sınağın nəticəsi aktlaşdırılaraq “Azəravtoyol” ASC-ə təqdim edilir. Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar (mövcud normalardan kənara çıxma halları) olarsa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi “Azəravtoyol” ASC-nin İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır və aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır.
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO














