Yolun ətrafındakı bütün obyektlərin sahiblərinə hər cür köməklik göstəriləcək

Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına diqqətin artırılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Səbail rayonunda həyata keçirilən tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətində (RİH) rayon rəhbərliyi ilə Badamdar qəsəbəsində fəaliyyət göstərən sahibkarların görüşü keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə İdarədən Avtosfer.az-a verilən məlumata görə, açıq mikrofon xarakterli görüşdə sahibkarların gündəlik problemləri ilə yanaşı Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafı, o cümlədən qəsəbənin əsas küçəsi olan Badamdar şossesinin əsaslı yenidənqurulması məsələləri də müzakirə olunub, sahibkarları maraqlandıran məsələ və suallar ətraflı cavablandırılıb. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu gün ölkədə korrupsiyaya qarşı amanız mübarizə aparılır, yeni islahatlar həyata keçirilir. Badamdar şossesində aparılacaq əsaslı yenidənqurma işlərinə toxunan Eldar Əzizov bildirib ki, Prezidentin tapşırıqlarna əsasən hər bir məmur sakinlərin problemlərini öz şəxsi problemləri kimi qəbul etməlidir. Bununla əlaqədar Badamdar yolunun yenidənqurulması işləri zamanı bu yol ətrafında yerləşən bütün ticarət və digər obyektlərin sahiblərinə RİH tərəfindən hər cür yardım və köməklik göstəriləcək, hər bir obyektlə bağlı layihə sənədləri ətraflı müzakirə olunacaq. Görüşdə çıxış edən sahibkarlar onların gələcək fəaliyyətinin inkişafı istiqamətində hazırda atılan addımları və nəzərdə tutulan işləri dəstəklədiklərini bəyan etmiş və bununla əlaqədar ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.
Emin
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












