Yolun ortasında maşını sönən sürücü yanacaq çənini boşaltdı; yarısı su çıxdı - VİDEO

Dizel yanacağının keyfiyyəti ilə bağlı sürücülər arasında şikayətlər yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan yeni görüntülərdə bir sürücü aldığı dizel yanacağının keyfiyyətsiz olduğunu iddia edib.
Belə ki, sürücü yanacağın haradan alındığını dəqiq deməsə də, “Sədərək” Ticarət Mərkəzindən sonra Qaradağ rayonu istiqamətində yolun sağ tərəfində yerləşən yanacaqdoldurma məntəqəsindən dizel aldığını bildirib. Onun sözlərinə görə, aldığı yanacağın tərkibinə su qatılıb və nəticədə avtomobilinə ciddi ziyan dəyib.
Şikayətçi qeyd edib ki, 60 litrdən çox yanacağı boşaltdıqdan sonra onun içərisindən su çıxdığını görüb:
“Məntəqənin adını demirəm, amma dizelin içindən bu qədər su çıxmaz. Maşın işləməz hala düşdü, mühərrikdə və yanacaq sistemində problem yarandı.”
Sürücünün idarə etdiyi avtomobilin “Mercedes” markalı olduğu bildirilib. O, əlavə edib ki, keyfiyyətsiz yanacaq səbəbindən avtomobilinin bir çox ehtiyat hissələri sıradan çıxıb və bu, ona maddi zərər yetirib.
Qeyd edək ki, həmin hissədə “Lukoil” yanacaqdoldurma məntəqəsi yerləşir. VƏtəndaşlar aidiyyəti qurumlardan məsələni nəzarətə götürmələrini tələb edib.
Eltac Zülfüqaroğlu
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










