Yolun ortasında tikilən bina piyadaların yolunu keçilməz etdi - VİDEO

Bakı şəhəri, Yasamal rayonunda sakinlər etiraz edir. Sözün həqiqi mənasında binanın pilləkənləri ağacın kökləri kimi uzanaraq sakinlərin yolunu kəsir, əgər yola da yol demək olarsa.
Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkələrin birində paylaşılan videoda aydın şəkildə görünür ki, binanın ətrafında piyadaların keçməsi üçün səki yoxdur. Sakinlər yolun kənarındakı bordürün üzərindən hərəkət edərək ya avtomobil yoluna çıxmalıdır, ya da pilləkəni aşaraq yenidən bordür üzərindən yollarına davam etməlidirlər. Bu da insan həyatına təhlükə doğurur.
Əziz bina tikən həmvətənlilərimiz, hər kəs avtomobil idarə etmir, insanlar da kəndirbaz deyil, insanların rahat hərərkət etməsi üçün bina ətrafında yol saxlayın, axı biz müsəlman dövlətiyik, yol vermək həzrəti Əlidən qalıb, biz də əməl etməliyik.
Nurlan Sakitoğlu













