Yoxa çıxmış "Mi-17" helikopterinin axtarışına başlanıldı - Venesuelada

Venesuelanın hakimiyyət orqanları yoxa çıxmış "Mi-17" helikopterinin axtarışına başlayıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino Lopes özünün "Twitter"dəki mikrobloqunda yazıb.
O, bildirib ki, Puerto-Ayakuçoda hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq 3 hava maşını axtarış əməliyyatına başlayıb. Nazirin sözlərinə görə, təyyarələr və vertolyot həmçinin "Mi-17"-nin enməli olduğu La-Esmeralda yaşayış məntəqəsindən də səmaya qalxıb.
Qeyd edək ki, "Mi-17" helikopteri Puerto-Ayakuçoda dekabrın 30-da səmaya qalxıb. Onun göyərtəsində 4-ü mülki sakin olmaqla, 13 nəfər olub.
Müdafiə Nazirliyinin məlumatına görə, helikopter səmaya qalxdıqdan 40 dəqiqə sonra onunla əlaqə kəsilib. Bu günə kimi əlverişsiz hava şəraitindən axtarış-xilasetmə işləri təxirə salınıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












