Yük bölməsində unudulan işçiyə görə təyyarə məcburi eniş edib

Portuqaliyadan Anqolaya uçan təyyarə yükdaşıyan əməkdaşın itdiyinə dair xəbərdən sonra Lissabonda məcburi eniş edib. Avtosfer.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Lissabon aeroportunun rəsmi nümayəndəsi Rusi Oliveyra jurnalistlərə “Angola Airlines” şirkətinə məxsus təyyarənin şənbə günü yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 13:00) səmaya qalxdığını bildirib. Təyyarə Portodan Luandaya uçub. Təyyarənin səmaya qalxmasından təxminən bir saat sonra Portoda yükdaşıyan fəhlələrdən birinin itdiyinə dair məlumat daxil olub və təyyarə məcburi eniş edib. Təyyarə endikdən sonra kişi yük bölməsində sağ tapılıb, amma soyuq hava şəraitinə görə xəstələnmiş vəziyyətdə olub. Oliveyra bildirib ki, yükdaşıyan fəhlə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti sabit qiymətləndirilib.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












