Yük daşımalarının həcmi azalıb - Azərbaycanda

Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 164,4 mln. ton yük və 1 406,1 mln. sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a daxil olan məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9% azalıb, sərnişin daşınması isə 1,9% artıb. Yük daşınmasında müşahidə olunan geriləmə dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı ilə daşınmalarda azalmalarla bağlı olub.
Yüklərin 63,8%-i avtomobil, 27,0%-i boru kəməri, 6,7%-i dəmir yolu, 2,4%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,6%-i avtomobil, 11,2%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% artıb. Bu ilin sentyabr ayında isə avqusta nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1% və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% yüksəlib. Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










