Yük gətirən İran vətəndaşının avtomobilində narkotik vasitələr aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində Çindən Azərbaycana yük gətirən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib.
Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, gömrük nəzarəti zamanı, xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün avtomobil saxlanılıb və həmin nəqliyyat vasitəsi yoxlanılıb.
Nəticədə, kabinədə, sürətlər qutusunun yanında olan saxlanc yerində, polietilen paketdə təsiredici maddəsinin ümumi miqdarı 0,0275 qram təşkil edən 5 ədəd və ½ həb şəklində "Metadone" adlı dərman preparatı, sürətlər qutusu ilə sürücü oturacağının arasında olan boşluqda isə xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.
Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












