Yük maşınından dərman preparatları müsadirə edilib

Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatının gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, bu fakt idarənin "Mazımçay" gömrük postunda Azərbaycana idxal gömrük proseduru altında yük gətirən Türkiyə vətəndaşı Turan İsmail Ali oğlunun idarə etdiyi "DAF" markalı, TR032TR/AA078C qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı qeydə alınıb.
Baxış zamanı, avtomobilin salonunun yataq hissəsindəki alt yatağın üzərində olan iki ədəd əl çantasında və salonun yuxarı hissəsindəki rəfdə gömrük orqanına bəyan olunmayan 105 flakon "Aesthetic Dermal; Desinfiltral" adlı dərman preparatı aşkar edilib.
Bundan başqa, avtomobilin yataq bölməsindəki yuxarı yatağın döşəyinin altında gömrük nəzarətindən gizlədilmiş 5 qutu "Teosyal; RHR; 4; 2X1 ml", 4 qutu "Teosyal; RHR; 3; 2X1 ml", 1 ədəd qablaşdırma qutusu olmayan "Teosyal; RHR; 3; 1 ml" və 6 qutu olmaqla ümumilikdə 132 ampul "Aesthetic Dermal; RPS®HA Eyes" adlı dərman preparatları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












