Yük maşınından narkotik vasitə aşkar olundu - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Bakı Baş Gömrük İdarəsinin "Xocasən" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi "HOWO" markalı yük avtomobilinə baxış keçirilib. Komitədən Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin dartıcısının konstruksiyasına aid olan ramasının arxa hissəsində yerləşən hava balonunun sağ kənarı ilə metal korpusu arasındakı boşluqdan sellofana bükülü bir ədəd bağlamada narkotik vasitə aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən aşkar olunan bağlamadakı narkotik vasitə təmiz çəkisi 439,1 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkdir. Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













