Yük maşınının altında əldəqayırma partlayıcı qurğu aşkar edilib

Parisdə polis əməkdaşları "Lafarge" sement şirkətinə məxsus yük maşınının altında əldəqayırma partlayıcı qurğu aşkar edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qurğu alışma mənbəyinə birləşik olan içi benzinlə dolu şüşədən ibarət olub. Aşkar edilən qurğu zərərsizləşdirilib. Hazırda yük maşınının ətrafındakı ərazi blokalnıb, olay yerində mütəxəssislər çalışırlar. Paytaxt prokurorluğu artıq faktla bağlı cinayət işi açıb. Qeyd edək ki, bu, son həftə ərzində ikinci belə hadisədir. Daha əvvəl qaz balonları Parisin cənubunda yerləşən yaşayış binasının girişində və girişinin yaxınlığında aşkar edilib. Balonların yaxınlığına yanacaq tökülmüşdü. Onların yanında isə soyulmuş naqilləri olan mobil telefon aşkar edilib. Ekspertlər bunu partlayıcı qurğu saymağın mümkünlüyünü ifadə ediblər.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










