Yük maşınları sərhəddə ləngiyir - İranlı nazirdən şikayət

Şimal-Cənub Dəhlizi boyunca qeyri-fiziki maneələrin aradan qaldırılması ən mühüm addımlardan biridir. Avtosfer.az.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib.
O, Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib ki, yük maşınları qarşı tərəfdə gündəlik qəbul məhdudiyyətinə görə sərhəddə gözləməli olurlar:

“Bunu növbə sistemlərinin tətbiqi azalda bilər. İran hazırda müxtəlif sərhədlərdə bu infrastruktur və sistemləri inkişaf etdirir. İran-Azərbaycan-Rusiya-Hindistan arasında gömrük əməkdaşlığına dair anlaşma Memorandumunun layihəsi artıq tərəflərə yönləndirilib. Təklif edirəm ki, artıq bu sənəd qısa müddət ərzində yekunlaşdırılıb imzalansın. Bundan əlavə, ixracat və tranzit əməliyyatlarında mallar və nəqliyyat vasitələri barədə gömrükxanalarda elektron məlumat mübadiləsi üçün 3 ölkə arasında texniki əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılsın və bu istiqamətdə daimi görüşlər keçirilsin”.
İranlı nazir əlavə edib ki, nəqliyyat sektorunda daşımaların artırılması 2030-cu ilə qədər mal-əmtəə nəqlini 15 milyon tona çatdırılması məqsədinə nail olunmalıdır.
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu
Bu proses taksi xidmətində ciddi problem yaradır - HƏLL YOLU AÇIQLANDI
Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Sovet maşınları ilə bağlı qərar ... - İstifadəsi qadağan ediləcək?
Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur - VİDEO
Dövlət Agentliyində yoxlama başladı: Anar Nəcəflidən AÇIQLAMA
İslam Səfərli küçəsində obyekt sahibi qanunu pozur; qurumlardan reaksiya yoxdur - FOTOSESSİYA
ABŞ-İran məsələsində Azərbaycan və Türkiyə balanslaşdırıcı rol oynaya bilər?- EKSPERT
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?











