Yük maşınları üçün yaradılmış süni növbə aradan qaldırılıb

Azərbaycan – Rusiya sərhədində (Dağıstan) yük avtomobili sürücülərinin etirazları ilə bağlı vəziyyət sabitləşib, sərhəddə yaranmış növbə aradan qaldırılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı TASS-a Dağıstan hökuməti sədrinin müavini vəzifələrinin müvəqqəti icraçısı Ramazan Cəfərov deyib. "Azərbaycanla sərhəddə vəziyyət sabitləşib, artıq bir neçə gündür ki növbə yoxdur. Respublika rəhbəri Vladimir Abdualiyeviçin [Vasilyev, Dağıstan rəhbəri vəzifəsinin müvvəqəti icraçısı] tapşırığı ilə şəxsən sərhəddə yerləşən "Viaduk" gömrük-logistika mərkəzi və "Yaraq-Qazmalar" beynəlxalq avtomobil-buraxılış məntəqəsində oldum, sürücülər və oradakı xidmətlərin nümayəndələri ilə görüşdüm, iş ştat rejimində davam edir", - deyə Cəfərov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda maraqlı tərəflər, o cümlədən yük maşını sürücülərinin nümayəndələrinin də iştirakı ilə Rusiya-Azərbaycan sərhədində əvvəl bildirildiyi kimi "yığım"lar haqqında məlumatlar yoxlanılacaq.
"Gömrük texniki baxımdan avtonəqliyyat axınının öhdəsindən gəlmək iqtidarındadır. Əgər müxtəlif xidmətlər tərəfindən burada soyğunçuluq məqsədi ilə süni növbə vəziyyəti yaradılarsa, bununla aidiyyəti qurumlar məşğul olacaq", - deyə agentliyin həmsöhbəti bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












