Yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsində yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Məlumata görə, görüşdə sahibkarlara gömrük sistemində yeniliklər barədə məlumat verilib. Bundan başqa, yükdaşımalar və loqistika xidmətləri üzrə gömrük nəzarəti qaydalarına dair məsələlə, o cümlədən istehlak mallarının istifadəçilərə çatdırılması mexanizminin, eləcə də gömrük nəzarətinin yüksək səviyyədə təşkili məqsədilə daşımaları həyata keçirən şirkətlər tərəfindən məlumatların vaxtında və əhatəli şəkildə təqdim edilməsi mexanizminin səmərəliliyinin daha da artırılması məsələsi müzakirə edilib. Görüş iştirakçıları arasında fikir mübadiləsi zamanı bu məsələlərin davamlı olaraq diqqətdə saxlanılmasının zəruriliyi qeyd olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












