Yükdaşımaların təşkili imkanları müzakirə olunur

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstanca limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı dəyirmi masa keçirilir.
Avtosfer.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə erdiyi məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun, "Gürcüstan Dəmir Yolu" SC-nin Baş direktoru Mamuka Baxtadzenin, "Moldova Dəmir Yolu" DB-nin Baş direktoru Yuri Topalenin, Rumıniya "CFR Marfa Sa"nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edirlər.
İştirakçılar Rumıniyanın Konstanca və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yükdaşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparırlar.
Tədbir çərçivəsində memorandum imzalanacaq. Üç gün davam edəcək dəyirmi masa iştirakçıları üçün şəhərin tarixi yerlərinə ekskursiya da təşkil ediləcəkdir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












