Yüklərin dəmir yolu vasitəsilə İran ərazisindən daşınmasına razılıq əldə edilib

Rəsmi Tehran yüklərin İran ərazisindən tranzit olaraq dəmir yolu vasitəsilə daşınması haqqında Rusiya və Hindistan ilə razılıq əldə edib. Bu barədə İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Rəsuli mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, ötən il Rusiya və Hindistan İran ərazisindən 513 milyon ton yük daşıyıb ki, bunun da 208 milyon tonu dəmir yolu ilə daşınıb.
Nəzərə çatdırmaq lazımdır ki, qeyd olunan yüklər qatarla Rusiyadan Azərbaycan ərazisindən tranzit olaraq keçərək İrana daxil olur və Çabahar limanından Hindistana göndərilir.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti tam hazır olduqdan sonra yükdaşımaların həcmi daha da artacaq. Hələlik bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Yaxın gələcəkdə yolun Rəşt-Astara hissəsi də tikilib istifadəyə veriləcək. Bundan sonra İran ilə Azərbaycanın dəmir yolu sistemləri birləşəcək. Hazırda Azərbaycan ilə İranı birləşdirən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu fəaliyyət göstərir.
Çabahar limanını İranın şimal bölgələri ilə birləşdirəcək Çabahar-Zahidan dəmir yolunun inşasına başlanılıb. Bu yol da gələcəkdə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə birləşəcək. Qeyd olunan yollar tam hazır olduqdan sonra Hindistandan Çabahar limanına daxil olan yüklər qatarla İran, Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. (AZƏRTAC)
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










