Yunanıstan 8 qiyamçını geri qaytarmağı planlaşdırır - YENİLƏNİB

Türkiyənin istəyi ilə əlaqədar Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 8 qiyamçının geri qaytarılması planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Onlar da təsdiqləyir ki, həmin ölkədə içərisində türk hərbçiləri olan vertolyot eniş edib.
Əsgərlər Türkiyədəki hərbi çevrilişə cəhdlə birbaşa əlaqəli ola biləcək şəxslərdir.
Sözügedən hərbçilər artıq Yunanıstan hökumətindən siyasi sığınacaq istəyiblər.
14:16
Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib. Avtosfer.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət bildirib. "Helikopterlə Yunanıstana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












